"Dendrologiya bağı” PHŞ-nin balansında olan Mərdəkan Elmi Təcrübə Sahəsində ekoloji aksiya keçirilib

"Dendrologiya bağı” PHŞ-nin balansında olan Mərdəkan Elmi Təcrübə sahəsində ekoloji aksiya keçirilib
İyulun 23-də Bakı Şəhər Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə "Dendrologiya bağı” PHŞ-nin balansında olan Mərdəkan Elm və Təcrübə sahəsində ekoloji aksiya keçirilib. 
Aksiya “26 İyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması Günü” ilə əlaqədar təşkil edilib.
Aksiya zamanı ətraf ərazi məişət tullantılarından təmizlənib, ağaclara, kollara aqrotexniki qulluq göstərilib, suvarılıb.
Bu cür ekoloji aksiyaların təşkil edilməsində məqsəd ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi işinin təşviq edilməsidir.
Aksiyada Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya bağı" PHŞ-nin əməkdaşları yaxından iştirak edib.

Şərhini yaz