"Dendrologiya bağı"nda bitki növlərinin toxumları üzərində fenoloji müşahidələr aparılır

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya bağı" publik hüquqi şəxsin (PHŞ) "Meşə ekosistemləri" laboratoriyasının əməkdaşları tərəfindən bağ ərazisində yerləşən bitki növlərinin  toxumları üzərində fenoloji müşahidələr aparılır. 
Ağacvari şaqqıldaq (Colutea arborescens L.), Gözəl kallistemon  (Callistemon specious Sweet.), Keçibuynuzu ( Ceratonia siliqua L.), Buynuz ağacı  (Gleditsia triacanthos), Xoruzpipiyi (Erythrina crista-galli L.), Cillis sezalpiniyası (Caesalpinia gilliesii D.Dietr), Üçəzyarpaq çaqqalqozu (Xanthoceras sorbifolia Bunge), Qərb tuyası (Thuja accidentalis L.) və başqa bitki toxumları üzərində aparılan müşahidələr zamanı toxumların cücərmə vaxtı, ilk yarpaqların çıxma tarixi və ilkin inkişaf sürəti qeydə alınır. 
Bu müşahidələr əsasında bitkilərin adaptasiya qabiliyyəti və iqlim şəraitinə uyğunluğu müəyyən olunur. 
Müxtəlif növlərin cücərmə tempi bir-birindən fərqlənir və bu fərqlər genetik xüsusiyyətlərlə yanaşı, mühit amillərindən də asılıdır. 
Əldə edilən məlumatlar seleksiya, aqrotexniki tədbirlərin planlaşdırılması və ekoloji monitorinq üçün əhəmiyyətli hesab olunur. 
Beləliklə, toxumların cücərmə fazası və fenoloji müşahidələr bitki fiziologiyasının və ekologiyasının əsas tədqiqat istiqamətlərindən biridir.

Şərhini yaz