“Dendrologiya bağı”nda yeni bitki növləri introduksiya edilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının mütəxəssisləri tərəfindən 2025-ci il oktyabr ayının 27-də  Lənkəran rayonundan gətirilən Ginkgo biloba L., Viburnum tinus L., Catalpa bignonioides Scopoli.,  Wisteria floribunda Willd. növlərini bağın tədqiqat sahəsində və istixanalarında  introduksiya edilib. 
Növlərin əkini zamanı torf, torpaq və perlit qarışığından substrat hazırlanıb, bitkinin vegetativ və generativ orqanlarının daha yaxşı inkişafını təmin etmək üçün kökləndirici maye olan Veniv 3V suya qarışdırılaraq torpağa əlavə olunub. (temperatur 17oC, nisbi rütubət 61%). 
Əldə edilmiş növlər intoduksiya sınağından çıxmış, respublikamızın torpaq iqlim şəraitində tam uyğunlaşmış ağac və kollardır.

Tədqiqat işinin əsas məqsədi növlərin “Dendrologiya bağı” kolleksiya sahələrində çoxaldılması və gələcəkdə landşaft dizaynında istifadəsidir.

Şərhini yaz