“Ekologiya və iqlimləşdirmə” laboratoriyasının mütəxəssisləri Mərdəkan qəsəbəsinin bir sıra ərazilərində monitorinq aparmışlar
“Dendrologiya Bağı” publik hüquqi şəxsin “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının mütəxəssisləri 14 noyabr 2025-ci il tarixində Pinus eldarica Medw. və Olea europaea L. növlərində quruma hallarının araşdırılması məqsədi ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir sıra ərazilərində monitorinq aparmışlar.
Monitorinq zamanı növlər üzərində zərərverici ilə sirayətlənmə halı, eldar şamlarında tam və aşağıdan yuxarıya doğru, zeytun ağaclarında isə hissəli quruma halları aşkar edilmişdir.
Şərhini yaz