“Dendrologiya bağı” PHŞ-nin baş mütəxəssisi Respublika Elmi Konfransında iştirak edib
25-26 noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş “Kimya, texnologiya, ekologiya” Respublika Elmi Konfransı keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin baş mütəxəssisi Selcan Səfərəliyeva də iştirak edib.
O, “Qəhvəyi mərmər bağacığının (Halyomorpha halys Stal.) yayılması və yaratdığı ekoloji problemlər” adlı tezislə çıxış edib.
Şərhini yaz