“Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşları “Dendrologiya Bağı” ərazisində monitorinq aparıb

“Dendrologiya Bağı” PHŞ-nin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşları 2026-cı ilin elmi-tədqiqat iş proqramına uyğun olaraq bağ ərazisində ilk monitorinqi həyata keçiriblər. 
Monitorinq zamanı bağ ərazisində dekorativ bitkilərdən olan Nəcib dəfnə (Laurus nobilis), Lənkəran akasiyası (Albizia julibrissin Durazz, 1772), Adi oleandr (Nerium oleander L. 1753) cinsinin müxtəlif növləri, Gözəl Bugenvilliya (Bougainvilleae spectabilis Willd. “Aurantiaca”), Qırmızı ətirşah (Pelargonium inquinans (L.) L'Hér.), Çin qızılgülü (Hibiscus rosa-sinensis L). kimi dekorativ bitkilər üzərində müşahidələr aparılıb. 
Nəticədə adları qeyd olunan bitkilərin üzərində bir sıra xəstəlik və zərərli orqanizmlərin izlərinə rast gəlinib. 
Həmin xəstəlik və zərərli orqanizmlər araşdırılıb öyrənildikdən sonra bitkilərin inkişafını təmin etmək məqsədi ilə inteqrir mübarizə tədbirlərinin hazırlanması və tətbiq edilməsi nəzərdə tutulur.

Şərhini yaz