Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar hadisələrindən 36 il ötür. 
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin təpədən dırnağa silahlanmış ordusu hərbi texnikanı müşayiəti iıə Bakı şəhərinə daxil oldu.
Quduzlaşmış Sovet əsgərləri azadlıq uğrunda mübarizəyə qalxmış dinc xalqa atəş açdı. 
Xalqa qarşı bu qanlı əməliyyat nəticəsində 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi. 
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan informasiya blokadasına alınmışdı.  
Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, faciəyə siyasi qiymət verdi.
O zaman heç yerdən köməyi olmayan xalqın qəlbində inam və ümid işığı yandı.
Bütün dəhşətlərinə baxmayaraq 1990-cı ilin yanvar günlərində törədilmiş cinayət Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.
Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhini yaz