“Dendrologiya Bağı” PHŞ-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olan 20 Yanvar faciəsindən 36 il ötür.
36 il keçsə də xalqımız əziz şəhidlərimizi unutmur. Hər il yanvar günlərində insanlar axın-axın Şəhidlər xiyabanına yollanır, ömrünü xalqının azadlığı yolunda qurban vermiş  insanları yad edir, qəhrəman oğul və qızlarının ruhuna dualar oxuyur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) kollektivi də 20 Yanvar hadisəsinin 36-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
“Dendrologiya Bağı" PHŞ-nin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və Bağ əməkdaşları Azərbaycanın  azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Şəhidlərimizin əziz ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhini yaz