“Ekologiya və iqlimləşdirmə” “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ekoloji tarazlığın qorunması və təhlükəsizliyin təmin edilməsi; təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyətlərin zərərli təsirinin qarşısının alınması istiqamətində problemlərin həllinə yardım göstərmək; müvafiq sahədə innovativ ideya və layihələri dəstəkləmək; torpaq, su, atmosfer havasına zərərli maddələrin yolverilən qatılıq həddini (YQH) və bu çirkləndiricilərə qarşı mübarizə metodlarını araşdırmaq; səhralaşma, şoranlaşma, iqlim dəyişkənliyi kimi ekoloji problemlərin həlli istiqamətində innovativ yolların tapılması; park-bağlarda introduksiya olunmuş yeni bitki növlərindən fizioloji və biokimyəvi parametrlərə görə perspektiv hesab edilən növlərin seçilməsi; intodusentlərin yerli floraya təsirinin araşdırılması.