“Dendrologiya Bağı” PHŞ ilə Gürcüstan Respublikasının Batumi Botanika bağı arasında əməkdaşlıq imzalanıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də xarici ölkələrin aidiyyatı dövlət qurumları ilə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, birgə tədqiqatların aparılması məqsədilə çalışmalar həyata keçirir. Azərbaycan Respublikasının “Dendrologiya Bağı” publik hüquqi şəxslə Gürcüstan Respublikasının Batumi Botanika Bağı arasında dünya florasının mühafizəsi problemlərinin həllinin innovativ üsullarla öyrənilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanmışdır. Daha ətraflı 29.12.2023 tarixli xəbərdə. https://dendrologiya.gov.az/post.php?id=87