HƏMKARLAR

Həmkarlar ittifaqları hələ XX əsrin əvvəllərində, sənaye müəssisələrində çalışan işçilərin öz hüquqlarını müdafiə etmək məqsədi ilə bir araya gəlmələri nəticəsində yaranmışdır. Zaman keçdikcə həmkarlar ittifaqları daha geniş miqyasda fəaliyyət göstərməyə başlamış, əməkdaşların hüquqi, sosial və iqtisadi maraqlarını qoruyan mühüm bir quruma çevrilmişdir. Ulu öndər Heydər Əliyev ölkəmizdə həmkarlar ittifaqlarının inkişafında mühüm rol oynamış, onların fəaliyyətinin gücləndirilməsi, işçilərin sosial müdafiəsinin təmin olunması və ittifaqların cəmiyyət həyatında daha fəal mövqeyə çıxması üçün geniş imkanlar yaratmışdır. Onun rəhbərliyi dövründə həmkarlar ittifaqları dövlət siyasətində mühüm tərəfdaş kimi formalaşmışdır. Bu gün həmkarlar ittifaqları ölkənin bütün sahələrində fəaliyyət göstərərək işçilərin səsini daha güclü və təsirli şəkildə çatdıran bir təşkilat kimi çıxış edir.

Dendrologiya Bağı publik hüquqi şəxsin əməkdaşlarının hüquq və maraqlarının qorunması məqsədilə 28 iyul 2025-ci il tarixində Dendrologiya Bağı phş ilk Həmkarlar İttifaqı komitəsi yaradılmışdır. Hazırda Dendrologiya Bağı phş-in Həmkarlar İttifaqı komitəsinin sədri Hicran Məmməd qızı Atayevadır. Rəsmiyyə Rafiq qızı Əfəndiyeva, Firuzə Hüseyn qızı Mustafayeva, Elman Niyazi oğlu Cəfərli və Yeganə Mikayıl qızı Məhsəliyeva Dendrologiya Bağı phş-in ilk Həmkarlar İttifaqı komitəsinin üzvləri seçilmişdir.

Bu ittifaq işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, əmək münasibətlərində ədalət və balansın təmin olunmasına, eləcə də kollektivin birliyinin möhkəmləndirilməsinə xidmət edir.

Həmkarlar ittifaqının əsas mahiyyəti ondan ibarətdir ki, əməkdaşların səsi daha güclü şəkildə eşidilsin, onların hüquqları qorunsun və iş mühitində qarşıya çıxa biləcək hər bir məsələnin həlli üçün hüquqi və mənəvi dəstək göstərilsin. Burada məqsəd yalnız əmək qanunvericiliyinə riayət olunmasına nəzarət etmək deyil, həm də işçilərin mədəni, sosial və maarifləndirici fəaliyyətlərdə iştirakına şərait yaratmaq, sağlam və təhlükəsiz mühitin formalaşdırılmasıdır.

Həmkarlar ittifaqı, hər bir əməkdaş üçün etibarlı dayaq rolunu oynayır. Burada əsas məqsəd işçilərin hüquqlarını qorumaqla yanaşı, onların sosial rifahına, peşəkar inkişafına və iş mədəniyyətinin yüksəldilməsinə xidmət etməkdir. Eyni zamanda, sosial layihələr, təlimlər və müxtəlif tədbirlər vasitəsilə işçilərin həmrəyliyi gücləndirilir, kollektivdə qarşılıqlı hörmət və dəstək mühiti möhkəmləndirilir.

Təşkilata 138 əməkdaş üzv olmuşdur. Dendrologiya Bağı phş-in Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən uğurla tətbiq olunan təcrübələrdən ilhamlanaraq, sanatoriya və istirahət imkanları, gənclər üçün sosial layihələr, peşəkar təlim və təqdir sistemləri, tripartit dialoq və təqaüd proqramları ilə işçi rifahını və motivasiyasını daha da gücləndirəcəkdir.