ABŞERON ŞƏRAİTİNDƏ PİNUS HALEPENSİS MİLL. VƏ PİNUS ELDARİCA MEDW. NÖVÜNÜN İNKİŞAF DİNAMİKASI VƏ DENDROXRONOLOJİ TƏHLİLİ

İnsanın düşünülməmiş təsərrüfat fəaliyyəti nəticəsində bioloji müxtəliflik deqradasiyaya uğramış, dəyişilmiş, növlərin arealı kiçilmişdir. 90-cı illərin məlum hadisələri, enerji çatışmazlığı, antropogen və s. amillərin təsiri nəticəsində bir çox bitki növləri məhv olma təhlükəsinə məruz qalmışdır. Biomüxtəlifliyin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi regionlarında müasir bitki örtüyünün BM-i müasir iqlimə uyğun gəlmir. Elmi-tədqiqat işinin əsas məqsədi Azərbaycanın təbii və mədəni florasındakı nadir növlərin populyasiyalarında baş verən proseslərin biometrik analizi, dendroxronoloji təhlili, nadir və nəsli kəsilməkdə olan növlərin yayıldığı ərazilərin monitorinqi, həmin ekosistemlərin qiymətləndirilməsi və mühafizəsi məqsədi ilə tədbirlər planının işlənib hazırlanmasıdır. Bütün bunları nəzərə alaraq ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulmalıdır. Məqalədə “Dendrologiya Bağı” ərazisindən nümunə götürülmüş yaşlı Pinus halepensis Mill. və Pinus eldarica Medw. növləri üzərində aparılmış tədqiqatlardan bəhs edilir. Tədqiqat işində müasir avadanlıqlardan istifadə olunmuşdur. Müasir üsullarla Pinus halepensis Mill. və Pinus eldarica Medw. yaşı, inkişaf dinamikası və iqlim amillərinin növə təsiri öyrənilmişdir.

Ədəbiyyat siyahısı

1. Ələkbərov F., Ətraf mühit və İqlim, Bakı, 2016
1. Garcia F., Campelo-Gonzalez I., Nabais C., Detrender-A Graphical.User İnterface to process and
visualize tree-ring data using R., 2012
2. Məmmədov Q., Xəlilov M.. Ekologiya və ətraf mühitin mühafizəsi, Bakı, “Elm”, 2005.
3. Məmmədov T.S., Balapour Sh. Dendroxronologiyanın prinsip, metod və tədqiqatları. İran: 2014
4. Məmmədov T.S., İsgəndər E.O., Talıbov T.H., Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı
«Elm», 2016
5. Reidel Bern, Stutgard, Wenna, Paul Haupt, F.H.Schweingruber Tree Rings and evaronment
Dendrochronology, 1996
6. Rinn F. TSAP. Version 3.0 Reference manual computer program for time series analysis and
presentation copyright Frank Rin Distrubution, Heidelberg, Germany, 1996
7. Багирова С.Б., Применение дендрохронологических методов к некоторым видам в
лесоустройстве Азербайджана. Рецензируемый научный журнал «Тенденции развития науки
и образования». No51, Часть 5, Изд. НИЦ«L-Журнал», SPLN 001-000001-0478-LJ, Июнь, 2019
г.
8. Ваганов Е.А., Спиров В.В., Исследование метерологических условий сезон дерева с помощью
рефлектограмм годичных колеч./ Вкн.: Анализ динамик биологических обьектов, М.:// Наука,
1978
9. Шиятов С.Г., Методи дендрохлонолологии. Красноярск, 2000

B.ü.f.d., dosent, Samirə Behbud qızı Bağırova Hökümə İlham qızı Mehrəliyeva Şəbnəm Feyruz qızı Əşrəfova Şəlalə Abuzər qızı Məmmədova

“Dendrologiya Bağı” publik hüquqi şəxs