CITRUS LIMON (L.) BİTKİSİNİN BİOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ FİTOKİMYƏVİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ
Rutaceae Lindi fəsiləsinin Citrus L. cinsinə daxil olan limon, naringi, portağal xalq təsərrüfatı əhəmiyyətinə malik bitkilərdir. Limon-Citrus limon (L.) 3-5m hündürlüyündə kol tipli ağac bitkisi olub, yalnız mədəni halda rast gəlinir. Güman olunur ki, limon sitronum mutasiya dəyişkənliyindən yaranmışdır. Yarpaqları uzunsov yumurtavari, açıq-yaşıl rəngli olub, zoğ üzərində tək-tək yerləşir. Yarpaq saplağı gödəkdir. Əksər sortları tikanlıdır. Çiçəkləri üçüncü-dördüncü budaqlanmadan sonra əmələ gəlir. Meyvələri sortlardan asılı olaraq 30-40q -dan 500-600q -a qədər olur. Adətən oval və ya yumurtavari formalı əksər sortlarda meyvələrinin ucu əmziklidir. Limon uzunömürlü (10 il və daha çox ) bitkidir.
Bağırova S.B., Albalıyeva Ş.B., Ağamalıyeva A.Q.
“Dendrologiya Bağı” Publik Hüquqi Şəxs



