HİRKAN FLORASINDA PARROTİA PERSİCA C.A.MEY (DƏMİRAĞAC) BİTKİSİNİN DENDROXRONOLOJİ TƏHLİLİ

Meşələrin vəziyyətini qiymətləndirmək üçün 80 ildən artıqdır ki, oduncaq-halqa analizlərindən istifadə olunur. Müasir dendroxronoloji metodlarla yanğınların, iqlim amillərinin, zərərvericilərin ağaclara vurduğu ziyan müəyyənləşdirilə bilir. Bu zaman müasir avadanlıqlardan istifadə olunmuşdur. Xüsusi dendroxronoloji təchizatların köməyi ilə planetin iqlim dəyişməsini müəyyən etmək olar. Bu avadanlıqların üstünlüyü ondadır ki, ağaca minimal xəsarət yetirməklə ağacın inkişafı haqqında məlumatlar əldə etmək mümkündür. Tədqiqat işində Hirkan florasında edifikator növlərdən olan Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş, dəmirağac bitkisindən nümunə götürülmüş, illər üzrə inkişaf dinamikası və ağacın yaşı öyrənilmişdir. Proqramdan alınan qrafiklərə əsasən ağacın yaşı 41 olduğu müəyyənləşdirilmişdir. Bundan başqa halqalar arası məsafəyə əsasən əldə olunan qrafiklərdə inkişafında zəifləmə müşahidə olunmuşdur.

Ədəbiyyat siyahısı

1. Garcia F., Campelo-Gonzalez I., Nabais C., Detrender A graphical.user interface to process and visualize tree-ring data using r., // dendrochronologia – 2012. No 30, – pp.57-60

2. Məmmədov T.S., İsgəndər E.O., Talıbov T.H. Azərbaycanın nadir ağac və kol bitkiləri. –Bakı: Elm, – 2016, – 116 s.

3. Rinn F. Tsap. Versıon 3.0 reference manual computer program for tıme series analysis and presentation copyright frank rindistrubution, / Heidelberg, Germany, – 1996, – 246 p.

4. Schweingruber F.H. Tree rings and evaronment dendrochronology// D.Reidel Bern, Stutgard, Wenna, Paul Haupt, –1996, – p 609

5. Səfərov H.M., Fərzəliyev V.S. “Hirkan milli parkının florası və bitki örtüyü” –Bakı: Elm, –2019, – 295 s.

Ağamalıyeva Aydan Qəhrəman qızı, aparıcı mütəxəssis Mehrəliyeva Hökümə İlham qızı, baş mütəxəssis Məmmədova Şəlalə Abuzər qızı, aparıcı mütəxəssis Albalıyeva Şənay Bəxtiyar qızı, aparıcı mütəxəssis

Dendrologiya bağı Publik hüquqi şəxs,