HİRKAN MEŞƏLƏRİNİN MÜASİR VƏZİYYƏTİ
İqlim dəyişmələrinin, antropogen faktorların, təbii hadisələrin baş verməsi floraya və biomüx- təlifliyə öz təsirini göstərmişdir. Son 120 il ərzində meşələrin ərazisi sürətlə azalır. Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi regionla- rında müasir bitki örtüyünün biomüxtəlifliyi müasir iqlimə uyğun gəlmir. Meşəsizləşdirilmiş ərazi- lər yamacların baxarından və meylliyindən asılı olaraq bu və ya digər dərəcədə eroziyaya uğramış- dır. Hər il meşələrin yuxarı sərhədləri tədricən aşağı enir. 2004-cü ilin aprelində gözlənilməz şaxta- ların və soyuq hava kütlələrinin nəticəsində yuxartı orta meşə qurşaqlarında şabalıdyarpaq palıd, qoz, armud, alma, heyva və s. bitkilər, demək olar ki, tamamilə məhsulsuz olmuşdur. Son 45-50 il müddətində eroziya proseslərinin birdən-birə aktivləşməsi nəzərə çarpır. Aparılan dendroxronoloji tədqiqatlar nəticəsində də Hirkan florasında bəzi bitkilərə iqlim amillərinin təsiri öyrənilmişdir. Nə- ticə etibarilə bir çox bitkilərin son 20-30 ildə inkişafi kəskin aşağı düşdüyü məlum olmuşdur. Bura- da əsasən Hirkan florasının yaşlı, nadir ağacları üstünlük təşkil etmişdir.
HİRKAN MEŞƏLƏRİNİN MÜASİR VƏZİYYƏTİ




