NADİR VƏ NƏSLİ KƏSİLMƏKDƏ OLAN ŞUŞA VƏLƏSİNİN (CARPINUS SCHUSCHAENSIS H. WINKL.) İNKİŞAFININ HİRKAN FLORASINDA DENDROXRONOLOJİ ÜSULLARLA TƏDQİQİ

İnsanın düşünülməmiş təsərrüfat fəaliyyəti nəticəsində bioloji müxtəliflik deqradasiyaya uğramış, dəyişilmiş, növlərin arealı kiçilmişdir. 90-cı illərin məlum hadisələri, enerji çatışmamazlığı, antropogen və s. amillərin təsiri nəticəsində bir çox bitki növləri məhv olma təhlükəsinə məruz qalmış, arealları kiçilmişdir. Aparılan müşahidələr göstərmişdir ki, Azərbaycan florasında olan nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitki növlərinin areallarının bir hissəsinin mühafizə strategiyası yoxdur. Nadir bitki növlərinin sayının getdikcə artması, nəsli kəsilməkdə olan bitkilərin sayının azalması ilə əlaqədar bu problemlərin səbəblərini aşkar edərək, onun qarşısının alınması dövlət strukturlarının və elmi müəssisələrin qarşısında duran aktual məsələlərdən biridir. Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi regionlarında müasir bitki örtüyünün biomüxtəlifliyi müasir iqlimə uyğun gəlmir. Elmi-tədqiqat işinin əsas məqsədi Azərbaycanın təbii və mədəni florasında olan nadir növlərin populyasiyalarında baş verən proseslərin biometrik analizi, dendroxronoloji təhlili, nadir və nəslikəsilməkdə olan növlərin yayıldığı ərazilərin monitorinqi, həmin ekosistemlərin qiymətləndirilməsi və mühafizəsi məqsədi ilə tədbirlər planının işlənib hazırlanmasıdır. Bütün bunları nəzərə alaraq ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulmalıdır. Məqalədə Hirkan florasından nümunə götürülmüş yaşlı Şuşa vələsi növü üzərində tədqiqatlar aparılmışdır.Tədqiqat işində müasir avadanlıqlardan istifadə olunmuşdur. Müasir üsullarla Şuşa vələsinin yaşı, inkişaf dinamikası və iqlim amillərinin növə təsiri öyrənilmişdir.

Ədəbiyyat siyahısı

1. T.S.Məmmədov, E.O.İsgəndər, T.H.Talıbov. Azərbaycanın Nadir Ağac Və Kol Bitkiləri. Bakı «Elm» 2016, 116 S.

2. H.M.Səfərov, V.S.Fərzəliyev.“Hirkan Milli Parkının Florası Və Bitki Örtüyü” 295 S.

3. F.Garcia, Campelo-Gonzalez I., Nabais C., Detrender-A Graphical.User İnterface To Process And Visualize Tree-Ring Data Using R.2012, Dendrochronologia 30, P.57-60

4. F.H. Schweingruber Tree Rings And Evaronment Dendrochronology// D.Reidel Bern, Stutgard, Wenna, Paul Haupt, 1996, Pp 609

5. Rinn F. Tsap. Version 3.0 Reference Manual Computer Program for Time Series Analysis and Presentation Copyright Frank Rindistrubution, Heidelberg, Germany, 1996, 246 P. VIII INTERNATIONAL

AYDAN AĞAMALIYEVA* , SAMİRƏ BAĞIROVA, ŞƏNAY ALBALIYEVA

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya bağı Publik hüquqi şəxs.