Yaşıllaşdırmada perspektivliliyi yüksək olan pinus eldarica medw. növünün dendroxronoloji təhlili

Təbii və mədəni florada olan nadir növlərin populyasiyalarında baş verən proseslərin biometrik analizinin aparılması, dendroxronoloji məlumatların toplanılması, geofiziki məlumatların alınması, bitkilərin ekoloji vəziyyətinin öyrənilməsi, oduncaqlı bitki növlərinin arealların kiçilməsinə səbəb olan amillərin aşkarlanması, biometrik analizlərin, təbii və mədəni florada olan növlərin müqayisəli təhlilinin və digər təbii hadisələrin baş verməsi haqda əvvəlcədən məlumat almaq üçün dendroxronoloji tədqiqat metodlarından istifadə olunur.

Samirə Bağırova dosent Hökümə Mehrəliyeva böyük mütəxəssis Şəlalə Məmmədova aparıcı mütəxəssis Zəhra Allahverdiyeva mütəxəssis

“Dendrologiya bağı” Publik Hüquqi Şəxs