TEXNOGEN ÇİRKLƏNMƏYƏ MƏRUZ QALMIŞ TORPAQLARDA “YAŞIL METOD” TƏTBİQİ
Çirklənmə miqyasına və bioloji obyektlərə, o cümlədən insanlara təsir dərəcəsinə görə çirkləndirici maddələr arasında ağır metallar xüsusi yer tutur.Texnogen çirklənmiş ərazilərin təmizlənməsində ən perspektivli və ənənəvi zərərsizləşdirmə üsullarının tətbiqindən fərqli olaraq iqtisadi cəhətdən daha səmərəli metod fitoremediasiyadır. Tədqiqat zamanıFabaceaeLindl., Lamiaceae Martinov., Rutaceae Juss., Oleaceae Hoff., Apocynaceae Juss., Cupressaceae Bart., Pinaceae Lind., RosaceaeJuss., Tamaricaceae Link., Celastraceae R.Br., Berberidaceae Juss., Lauraceae Juss.,Fagaceae Dumort.,Asparagaceae Juss., Solanaceae Juss.fəsiləsi növləri üzərində tədqiqatlar aparılmışdır. Tədqiqatlar nəticəsində Fabaceae Lindl. fəsiləsinə aid növlərdə fitoremediasiya üsulunun tətbiqi daha əlverişli hesab edilmişdir.
Ədəbiyyat siyahısı
1. İsmayılov N., Neftlə çirklənmiş torpaqların və qazma şlamlarının təmizlənməsi/N.M.İsmayılov.- Bakı, - 2007. - 72 s.
2. Məmmədov, T. Azərbaycan dendroflorası/ T.S. Məmmədov. - Bakı: Səda, - 2015.- 117 s.
3. Əhmədov Ş., Mühəndis Ekologiyası / Ş.Əhmədov, - Bakı – 2012. - 16 s.
4. Çelebi H., Topraklarda otoyol ve trafik kaynaklı ağır metal kirliliğinin değerlendirilmesi /
H.Çelebi, G.Gök // Pamukkale Üniversitesi Mühendislik Bilimleri Dergisi, -2015. - 1169 s.
5. Babazadə V. Yerin ekoloji funksiyaları və texnogen təsirlər / V.M. Babazadə, H.S. Bağırov, S.A. İsayev // Bakı Universitetinin Xəbərləri Təbiət elmləri seriyası, -2009. - 162 s.
b.ü.f.d. dosent Bağırova Samirə Behbud qızı, Atayeva Leyla Əbülfəz qızı, Əhmədova Səriyyə Elşən qızı, Səfərov Mirhüseyin Səbri oğlu, Ağayeva Cəmalə Mustafa qızı, Nəsirli Lalə Mikayıl qızı
“Dendrologiya bağı” Publik Hüquqi Şəxs,



