ABŞERONDA PSIDIUM GUAJAVA L. NÖVÜNÜN İNTRODUKSİYASI VƏ YAŞILLAŞDIRMADA İSTİFADƏ PERSPEKTİVLİYİ

Abşeron yarımadasında ətraf mühitin, ekoloji tarazlığın qorunmasını təmin etmək məqsədilə yaşıllaşdırmada yerli torpaq-iqlim şəraitinə davamlı ağac və kol bitkilərinin seçilməsi, introduksiyası, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və becərilməsinin yeni
aqrotexniki üsullarının işlənib hazırlanması dövrümüzün aktual problemləri sırasına daxildir. Xüsusilə relikt və endemik bitki növlərinin, yabanı, habelə mədəni subtropik meyvə və texniki bitkilərin sort, forma, növ müxtəlifliklərinin toplanılması, onların qonşu xarici subtropik məntəqələrdən introduksiya olunması, seçilməsi, tətbiqi tədqiqat işinin prioritet istiqamətlərindəndir.

Samirə Bağırova dosent Şəbnəm Əşrəfova mütəxəssis Fəridə Hüseynova mütəxəssis Sevinc Yusifova mütəxəssis

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya Bağı “Publik Hüquqi Şəxs”