Abşeron yarımadasının texnogen çirklənmiş torpaqları və çirklənməyə qarşı fitoremediasiya metodunun tətbiqi
Azərbaycan Respublikasının əsasən, Abşeron yarımadası neft və neft tullantıları ilə çirklənmişdir. 100 ildən də artıq olan bir dövrdə neft və neft tərkibli çirkab sularının adsorbsiyası, filtirasiyası və landşaftın ayrı – ayrı komponentlərinin çirklənməsi baş vermişdir. Abşeron yarımadasında yerləşən Sabunçu, Binəqədi, Suraxanı və Xəzər rayonları neft mədənləri ilə güclü çirklənməyə məruz qalmış torpaqlardır. Bu torpaqların profil boyunca 100 sm qədərinə neft məhsulları hopmuşdur, neftin miqdarı 12.5-7.8 % arası dəyişir. N.F.Həkimovanın məlumatlarına görə neftlə çirklənmiş torpaqların üst qatında humusun miqdarı 1.4-1.3, aşağı qatlarında isə 0.8-0.6 %, ümumi azotun miqdarı profil boyu 0.18-0.11 % təşkil edir.
Samirə Bağırova dosent Leyla Atayeva mütəxəssis Səriyyə Əhmədova mütəxəssis Mirhüseyn Səfərov mütəxəssis Cəmalə Ağayeva mütəxəssis Lalə Nəsirli mütəxəssis
“Dendrologiya bağı” Publik Hüquqi Şəxs



