Bioloji müxtəlifliyin qorunmasında “Bağ məlhəmi” preparatının istifadəsinin perspektivliyi
Qlobal miqyasda artan antropogen təsirlər (əkinçilik və heyvandarlığın inkişafı, dağ- mədən sənayesinin genişlənməsi, yeni yaşayış məntəqələrinin salınması, neft-qaz kəmərlərinin çəkilməsi) və kəskin iqlim dəyişikliklərinin intensivliyi (quraqlıq, sel, daşqın, leysan, yanğın, fırtına və s.) təbii ekosistemlərin deqradasiyasına səbəb olmuşdur. Azərbaycan Respublikasında yaşıllaşdırma işlərində innovaziv növlərin gətirilməsi, iqlim dəyişkənlikləri və ekoloji tarazlığın pozulması ilə əlaqədar olaraq yeni tip bitki xəstəliklərinin yayılması sürətlənmişdir. Patogenlərə qarşı ilkin profilaktik tədbir olaraq budama işinin düzgün aparılması vacib məsələdir. Yalnış aparılan budama prosesi zamanı yara yerlərində çürümə prosesinə bağlı xəstəliklər, çatlar əmələ gəlir, yara vasitəsi ilə mikroorqanizmlər və göbələklər içəri daxil ola bilir. Bu səbəbdən budama yerlərinə xüsusi məlhəmlərin tətbiq edilməsi mütləqdir. “Dendrologiya Bağı” PHŞ və Təcrübə-Sənaye Zavodu MMC-nin birgə tərəfdaşlığı nəticəsində istehsal olunmuş “Bağ Məlhəmi” preparatının tətbiqi prespektivliyinin laborator və stasionar şəkildə araşdırılması tədqiqat işinin əsas məqsədi olmuşdur. “Bağ Məlhəmi” layihəsi “Elmin İnkişafı Fondu”nun “Əsas Qrant Müsabiqəsi – 2022” ( Layihə nömrəsi: AEF- MCG-2022-1(42)-12/08/3-M-08 ) qrantını qazanmışdır.
Samirə Bağırova dosent Səxavət Rüstəmov kimyaüzrəfəlsəfədoktoru Leyla Atayeva mütəxəssis Şəbnəm Əşrəfova mütəxəssis
“Dendrologiya Bağı” Publik Hüquqi Şəxs, Azərbaycan Respublikası Elm və Təhsil Naziliyi Təcrübə-Sənaye Zavodu MMC



