BÖYÜK QAFQAZ ÇAY SULARININ EKOLOJİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Tədqiqat işində mənbəyi Böyük Qafqaz sıra dağlarından başlayaraq mənsəbi Qapı çay hesab edilən uzunluğu 8 km olan Ləkit çayın antropogen təsir nəticəsində mineraloji tərkibinin dəyişmə dərəcəsi təhlil edilmişdir. Qax rayonu Azərbaycanın tarixi bölgəsi olmaqla, ölkənin şimal-qərb his- səsində və Böyük Qafqazın qərb hissəsinin cənub yamacında yerləşir. Rayonun ərazisi 1494 km2 - dir. Qax rayonunun dendroflorasının əsası Fagus orientalis Lipsky., Carpinus caucasica A.Grossh., Quercus iberica Steven., Quercus macranthera Fisch., Betula litwionowii Doluch., Tilia caucasica Rupr., Fraxinus excelsior L. və s. ağac-kollardan ibarətdir. Aşağı dağ qurşağının (600-1000 m) əsas ağacları Carpinus caucasica A.Grossh. və Quercus iberica Steven.-dır. Burada həmçinin, Tilia L., Acer L., Castanea Mill. ağaclarına rast gəlinir. Corylus avellana L., Philadelphus L., Hedera helix L. isə ikinci yarusu və meşəaltı kolluqları təşkil edir. Orta dağlıq qurşaq (1000-1700 m) meşələrin- də, əsasən, Fagus orientalis Lipsky. daha çox rast gəlinir. Bu hündürlükdə ağac və kollar Quercus iberica Steven. və Quercus macranthera Fisch., Fraxinus excelsior L., Acer campestre L., Tilia caucasica Rupr., Malus orientalis Uglit., Prunus divaricata Ledeb., Pyrus communis L., Padus avi- um Mill., Cornus mas L. və s. növlərdir.

Bağırova S.B., Atayeva L.Ə., Əşrəfova Ş.F.

Dendrologiya Bağı PHŞ