CARPİNUS L. CİNSİNƏ AİD BƏZİ NÖVLƏRİN DENDROİQLİM TƏDQİQİ
Azərbaycanın təbii və mədəni florasında olan nadir növlərin populyasiyalarında baş verən proseslərin biometrik analizi, dendroxronoloji təhlili, nadir və nəsli kəsilməkdə olan növlərin yayıl- dığı ərazilərin monitorinqi, həmin ekosistemlərin qiymətləndirilməsi və mühafizəsi məqsədi ilə təd- qiqatlar aparılmışdır. Hirkan florasının meşə ekosistemlərində dominantlıq təşkil edən edifikator növlərin təyin edilməsi üçün Azərbaycan Respublikasının təbiət muzeyi olan Hirkan Milli Parkına da elmi ezamiyyətlər təşkil olunmuş, ərazidə müşahidələr, dendroxronoloji tədqiqatlar aparılmış, yaşlı nüsxələrdən nümunələr götürülmüşdür. Milli Parkın ərazisində Carpinus L. - vələs cinsi üç növlə Carpinus orientalis Mill., C.betulus L. və C.schuschaensis L. ilə təmsil olunur. Şərq vələsinə yalnız Milli Parkın cənub hissəsində kiçik ərazidə, digər növlərə isə qarışıq halda demək olar ki, bütün park boyu rast gəlinir. Edifikator olan vələs cinsinin 2 növünün dendroxronoloji təhlili aparılmış, iqlim amillərin növlərə təsiri və növlərin inkişaf dinamikası öyrənilmişdir.
Ədəbiyyat siyahısı
1. Əsədov, K. Azərbaycanın Milli Parkları / K. Əsədov, T.İbrahimov – Bakı: Elm və təhsil, – 2013. – 83 s.
2. Məmmədov, T.S. Abşeronun ağac və kolları / T.S.Məmmədov. – Bakı: Elm və təhsil, – 2010. – 216 s.
3. Məmmədov, T.S. Azərbaycan Dendroflorası I cild / T.S.Məmmədov. – Bakı: Elm, – 2011. – 310 s.
4. Məmmədov, T.S. Ekologiya / T.S.Məmmədov. – Bakı: Elm, – 2003, – 200 s.
5. Məmmədov, T.S. Bitki ekologiyası / T.S.Məmmədov, H.H.Əsədov – Bakı: Elm, – 2014. – 29 s.
6. Qurbanov, M.R. Azərbaycan nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi / M.R.Qurbanov, E.O.İsgəndər – Bakı: – 2015. – 169 s.
7. Məmmədov, Q. Ekologiya, ətraf mühit və insan / Q.Məmmədov, M.Xəlilov – Bakı: Elm, – 2006. – 182 s.
8. Ваганов, Е.А. Исследование метерологических условий сезон дерева с помощью рефлектограмм годичных колеч, Вкн.: Анализ динамик биологических обьектов / Е.А.Ваганов, В.В.Спиров – Moсква: Наука, – 1978. – с. 103-115.
9. Шиятов, С.Г. Методи дендрохлонолологии / С.Г.Шиятов. – Красноярск, – 2000. – 80 c.
Samirə Behbud qızı Bağırova , Leyla Əbülfəz qızı Atayeva , Şəbnəm Feruz qızı Əşrəfova
“Dendrologiya Bağı” Publik Hüquqi şəxs



