ABŞERON YARIMADASINDA DAVAMLI YENİ DEKORATİV NÖVLƏRİN İQLİMLƏŞDİRİLMƏSİ

Davamlı inkişafın təmin edilməsi, biomüxtəlifliyin qorunub-saxlanması və yaşıllıq sahələrin artırılması Respublikamızın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Yaşıllaşdırma işinin müvəffəqiyyətlə yerinə yetirilməsi Abşeron yarımadasının torpaq-iqlim şəraitinə davamlı, dekora- tiv, uzunömürlü ağac və kol bitkilərinin seçilməsindən asılıdır. Bu məqsədlə Slovakiyanın Botanical Garden P.J. Safarik Universitetindən tədarük edilmiş Ruspolia seticalyx Milne-Redh. və Sabal do- mingensis Becc. toxumlarının ex situ şəraitində introduksiyası, növün morfoloji və fizioloji xüsusiyyətlərinin hərtərəfli araşdırılması məqalənin əsas tədqiqat istiqaməti olmuşdur.

Ağayeva C.M., Əliyeva L.Z.

Dendrologiya Bağı PHŞ