ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ “BAĞ MƏLHƏMİ” PREPARATININ İSTİFADƏSİ
Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təminatı dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Ərzaq təhlükəsizliyi nəinki dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. AR ETN Təcrübə-Sənaye Zavodu MMC tərəfindən istehsal olunmuş “Bağ məlhəmi” preparatının “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisində tətbiqi perspektivliyinin laborator və stasionar şəkildə araşdırılması tədqiqatın əsas məqsədi olmuşdur. “Əsas Qrant Müsabiqəsi – 2022” (AEF-MCG-2022-1(42)-12/08/3-M-08 El- min İnkişafı Fondunun layihə nömrəsi) qrantını qazanmış “Bağ məlhəmi” preparatının istehsalı və tətbiqi ilə mövcud meyvə bağlarının, yaşıllıq sahələrinin sağlam, uzunömürlü, məhsuldar olmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına yardım etmək olar. Məhsul AR Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 1 hektar ərazidə sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub.
Samirə Bağırova , Səxavət Rüstəmov , Leyla Atayeva , Şəbnəm Əşrəfova
“Dendrologiya Bağı” publik hüquqi şəxs, Azərbaycan AR ETN Təcrübə-Sənaye Zavodu



