ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNDƏ BİOKÖMÜR GÜBRƏSİNİN TƏTBİQİ VƏ PERSPEKTİVLİ NÖVLƏR

Abşeron yarımadası torpaqlarında münbitliyin bərpası üçün ağac parçaları, heyvan peyini, lil, kompost və yaşıl tullantılar kimi biokütlə qalıqlarının oksigensiz mühitdə pirolizi (qızdırılması) nəticəsində alınan “Biokömür” və ya “Biokar”ın istifadəsi perspektivlidir. Biokömür, xüsusilə, quraq bölgələrdə müsbət təsir göstərən gübrədir. Bu gübrə torpağın keyfiyyətini, sututma qabiliyyətini artırır, son dərəcə yavaş parçalanması humusun əmələ gəlməsinə şərait yaradır və torpaqda münbitliyin yaxşılaşmasına kömək edir.

Samirə Bağırova, Leyla Atayeva, Səriyyə Əhmədova* , Lalə Nəsirli, Mirhüseyn Səfərov, Cəmalə Ağayeva

“Dendrologiya bağı” publik hüquqi şəxs