HİRKAN MİLLİ PARKINDA ƏSAS MEŞƏ ƏMƏLƏ GƏTİRƏN Carpinus L. CİNSİNİN DENDROXRONOLOJİ TƏHLİLİ
Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran inzibati rayonunun ərazisində yerləşir. Buranın təbiəti qədim və nadir endemik flora növlərinin zənginliyi ilə fərqlənir. Milli Parkın relyefinin, iqlim amillərinin və bitki örtüyünün dəyişməsi Hirkan meşə tipinə və rütubətli subtropik zonaya xas olan torpaq tiplərinin formalaşmasına səbəb olmuşdur.
Milli Parkın ərazisində əsas edifikator növlərdən biri vələsdir. Ərazidə Vələs cinsi üç Carpinus orientalis L., C.betulus L. və C.schuschaensis L. növləri ilə təmsil olunur. Şərq vələsinə yalnız Milli Parkın cənub hissəsində kiçik ərazidə, digər növlərə isə qarışıq halda, demək olar ki, bütün ərazilərdə rast gəlinir.
Tədqiqatlar Hirkan florasına mənsub 2 müxtəlif ərazidən götürülmüş C.orientalis L. və C.betulus L. növləri üzərində aparılmışdır. Hirkan florasına ezamiyyətlər zamanı ərazidə Vələs cinsinə aid növləri dendroxronoloji tədqiq etmək üçün iki müxtəlifyaşlı C.orientalis L. və C.betulus L. növlərindən Suunto burğusu vasitəsilə şaquli sahəyə perpendikulyar olaraq 4-5 nümunə götürülmüşdür. LİNTAB6 binukliyar mikroskopla və TSAPwin statistik illik halqaların təhlili proqramından istifadə etməklə təbiətdə baş vermiş qlobal dəyişikliklər haqqında məlumat alınmışdır.
Leyla Atayeva , Samirə Bağırova, Şəbnəm Əşrəfova
Dendrologiya Bağı “Publik Hüquqi Şəxsi”



