“YAŞIL DÜNYA NAMİNƏ” STRUKTURU POZULMUŞ TORPAQLARIN BƏRPASI
“Yaşıl Dünya Naminə” biomüxtəlifliyin bərpası, sənayenin müxtəlif sahələrində bioresurslara olan tələbatının ödənilməsi, təbii sərvətlərin gələcək nəsillərə qorunub saxlanılması məqsədi ilə yaşıllaşmanın artırılması mühüm problemlərdəndir. Torpaqların ekoloji və aqroekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün müvafiq aqrotexniki tədbirlərin, aqrokimyəvi, aqrotexniki, fitomeliorativ tədbirlərin həyata keçirilməsi vacibdir. Bu istiqamətdə yeni metodların tətbiqi iqtisadi cəhətdən daha səmərəli olmaqla, bitkilərin kök sistemində uzun müddət su ehtiyatı saxlanılır. Ağac parçaları, heyvani qalıqlar, iri, kompost və yaşıl tullantıların kimi biokütlə qalıqlarının odlaşaraq pirolizə məruz qalması nəticəsində alınan “Biokömür” və ya “Biokar”ın istifadəsi məqsədi məhz mətnə uyğun gəlir. Tədqiqatda Lənkəran və Astara rayonları ərazisində üç fərqli bitkilər — duman lavandası (Lavandula angustifolia Mill.), ərgəvan (Cercis siliquastrum L.), ispən nazı (Genista hispanica L.) biokömürdə əkilmiş və inkişaf dinamikası izlənilmişdir.
b.ü.f.d dosent Samirə Bağırova, Atayeva Leyla, Səfərov Mirhüseyn, Nəsirli Lalə, Ağayeva Cəmalə, Əhmədova Səriyyə




