İQLİM DƏYİŞİKLİKLƏRİNİN SAISSETIA OLEAE OLIVIER. ZƏRƏRVERİCİSİNİN ÇOXALMA DİNAMİKASINA TƏSİRİ

İqlim dəyişikliyi, şübhəsiz ki, bu gün dünyanın üzləşdiyi ən qaçılmaz ekoloji problemdir. Azərbaycan Respublikasının flora və faunası qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,3 oC-yə qədər artmışdır. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, quraqlıq, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrin təsirlərinə məruz qalır. Son illərdə Abşeron yarımadası park və bağlarında, yol kənarı ərazilərdə yaşıl zolaqların salınmasında və qida sənayesində yüksək perspektivliyə malik olan Olea L. cinsinə aid növlərdə yarpaqların erkən saralması və ya tökülməsi, müxtəlif xəstəlik və zərərvericilər, quruma halları kəskin surətdə artmaqdadır. Xəzər rayonu ərazisində Olea europaea L. növündə iqlim dəyişkənlikləri ilə əlaqədar olaraq növdə baş verən müxtəlifliklərin araşdırılması tədqiqat işinin əsas məqsədi olmuşdur. Ərazinin monitorinqi zamanı Avropa zeytunu fərdlərinin budaqları üzərində Zeytun yalançı qalxanlı yastıcası (Saissetia oleae Olivier.) ilə sirayətlənmə halı aşkarlanmışdır.

Əhmədova S.E., Səfərov M.S.

Dendrologiya Bağı PHŞ