PİNUS L. CİNSİNƏ AİD NÖVLƏRDƏ “BAĞ MƏLHƏMİ” PREPARATININ İSTİFADƏ PERSPEKTİVLİYİ
Qlobal miqyasda artan antropogen təsirlər və kəskin iqlim dəyişikliklərinin intensivliyi təbii ekosistemlərin deqradasiyasına səbəb olmuşdur. Respublikamızda yaşıllaşdırmada yeni növlərin tətbiqi, iqlim dəyişkənlikləri və ekoloji tarazlığın pozulması ilə əlaqədar olaraq yeni innovaziv bitki xəstəliklərinin yayılması sürətlənmişdir. Patogenlərə qarşı ilkin profilaktik tədbir olaraq budama işinin düzgün aparılması vacib şərtlərdəndir. Yalnış aparılan budama prosesi yara yerlərində çürüməyə, xəstəlik və çatların əmələ gəlməsinə səbəb olur ki, bu da mikroorqanizm və göbələklərin daxil olmasına şərait yaradır. Bu səbəbdən budama yerlərinə xüsusi məlhəmlərin tətbiq edilməsi mütləqdir. Təcrübə-Sənaye Zavodu MMC tərəfindən istehsal olunmuş “Bağ Məlhəmi” preparatının “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisində tətbiqi prespektivliyinin laborator və stasionar şəkildə araşdırılması məqalənin əsas məqsədi olmuşdur. Laborator şəraitdə sınaqdan keçirilmiş “Bağ məlhəmi” preparatı “Dendrologiya Bağı” ərazisində Pinus eldarica Medw. və Pinus hаlеpеnsis Mill. növlərinə budanmadan sonra tətbiq edilmiş və növlərin üzərində dendroxronoloji tədqiqatlar aparılmış, müsbət nəticələr əldə olunmuşdur
Samirə Bağırova Dendrologiya Bağı Publik Hüquqi Şəxs biologiya üzrə fəlsəfə doktoru, Səxavət Rüstəmov Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Təcrübə-Sənaye Zavodu kimya üzrə fəlsəfə doktoru, Leyla Atayeva Dendrologiya Bağı Publik Hüquqi Şəxs, Şəbnəm Əşrəfova
Dendrologiya Bağı Publik Hüquqi Şəxs



