TORPAĞIN MİNERALOJİ TƏRKİBİNİN DƏYİŞMƏSİNİN PINUS L. CİNSİNİN İNKİŞAFINA TƏSİRİ

Hazırda qlobal problemlər ətraf mühit və insan sağlamlığına ciddi təhlükə törədir. İqlim dəyişikliyi, havanın və suyun çirklənməsi, meşələrin qırılması, torpaq eroziyası və s. problemlər ətraf mühitin deqradasiyasına səbəb olur və canlı təbiətə ciddi təsir göstərir. Ekoloji tarazlığın qorunması və torpaq eroziyasının qarşısının alınması məqsədi ilə yaşıl zolaqların salınmasına üstünlük verilir. Buna görə də Abşeronun dəyişkən iqlim şəraitinə və quraqlığa davamlı bitki növlərinin seçilməsi prioritet məsələlərdəndir. Tədqiqat yeri olaraq seçilmiş Abşeron yarımadasının torpaq örtüyü boz qonur, qumlu-qumsal olub, qida dəyəri və susaxlama qabiliyyəti aşağıdır. Yarımadada son illər havanın isti, quraq keçməsi, illik yağıntılarının miqdarının az və qrunt sularının səviyyəsinin aşağı olması bitkilər üçün stress vəziyyətin yaranmasına səbəb olmuşdur. Tədqiqat obyekti olaraq Pinaceae Lindl. fəsiləsi, Pinus L. cinsinə aid Pinus eldarica Medw. növünün seçilməsində məqsəd Abşeron yarımadasında müxtəlif yaşlı fərdlərdə kütləvi quruma hallarının aşkar edilməsidir.

Nəsirli L.M

Dendrologiya Bağı PHŞ