DENDROLOGİYA BAĞI ƏRAZİSİNDƏ AŞKARLANAN ZƏRƏRLİ ORQANİZMLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ

Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Dendrologiya Bağı” ərazisində Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin əməkdaşları elmi-tədqiqat işlərini davam etdirirlər. Belə ki, bağ ərazisində yerləşən bitkilərin zərərli orqanizmlərdən qorunması məqsədilə müxtəlif tədqiqat işləri aparılır.“Dendrologiya bağı” ərazisində müxtəlif növ bitkilər var.Bu da, bağ ərazisində müxtəlif zərərli orqanizmlərin və xəstəliklərin olmasına gətirib çıxarır.Maclura, Finik Palması, Zeytun və Qarağac bitkilərindən götürülmüş nümunələrdə bir sıra zərərli orqanizmlər aşkar edilib. Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin əməkdaşları zərərli orqanizmlərin həyat tskilini izləmiş, onların bioekoloji xüsusiyyətlərini öyrənmiş və müvafiq mübarizə tədbirləri həyata keçirmişlər.

Aqil Qasımov, Selcan Səfərəliyeva

Dendrologiya Bağı PHŞ