DENDROLOGİYA BAĞI ƏRAZİSİNDƏ BİTKİLƏRİN FİTOSANİTAR VƏZİYYƏTİ VƏ MONİTORİNQLƏRİ

Abşeron yarımadasının şimal-şərq hissəsində Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin 89 küçəsində yerləşən “Dendrologiya Bağının tarixi, keçən əsrlərə dayanır. Bu səbəbdən bağ ərazisin- də müxtəlif yaşda bitkilərə rast gəlmək mümkündür. Hazırda bağ ərazisində bir sıra yeni bitki növləri introduksiya edilir. Bitki və toxum nümunələri həm yerli həmdə xarici təsərrüfatlardan əldə edilərək bağ ərazisinə gətirilir. Bu da öz növbəsində bitki məhsulları ilə birgə zərərli orqanizmlərin (xəstəlik və zərərverici həşəratlar) bağ ərazisinə köçürülməsində böyük rol oynayır. Bu kimi halları nəzərə alaraq bağ ərazisində fəaliyyət göstərən Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi bitkilərin gövdə, budaq və yarpaqları üzərində mütəmadi monitorinqlər həyata keçirməkdə- dir. Həmçinin bağ ərazisinə bir sıra dövlət qurumları şöbəmizin rəhbəri b.ü.f.d., dosent Aqil Qadir oğlu Qasımov tərəfindən dəvət edilərək ərazinin mövcud, fitosanitar vəziyyəti haqqında müzakirə- lər aparılmışdır.

Qasımov A.Q., Səfərəliyeva S.Q.

Dendrologiya Bağı PHŞ