ZEYTUN FİDAN TIRTILI – PALPİTA VİTREALİS (ROSSİ, 1794)
Zeytun fidan tırtılının (Insecta, Lepidoptera, Crambidae) görünüşü ağ rəngli olub ön ətraflarından başqa bütün bədəni pulcuqlarla örtülüdür. Ön qanadlarının uc hissələrində qəhvəyi xətt əmələ gəlmişdir. Xəttlər boyunca müxtəlif ölçüdə 4 ədəd qara ləkə yerləşir. Gözləri qabarıqdı, bığcığı qılşəkilli olub açıq qəhvəyi rənglidir. Yetkin fərdin ölçüsü 22-33mm-dir [1].
Ədəbiyyat siyahısı
1. https://www.hortiturkey.com/zirai-mucadele/zeytin-fidantirtili
2. Turanlı T., Caner Ö.K., Çetinel B., Erilmez S., Erten L., Hantaş C., Kaptan S., Sokat Y., Üstün N., Canıhoş E., N. Mükerrem Çeliker, Demiröz D., Güven B., Kaplan M., Körükmez N., Tüfekli M. (2017). Zeytin Entegre Mücadele Teknik Talimatı. Ankara: T.C. Gıda Tarım Ve Hayvancılık Bakanlığı.
3. https://en.wikipedia.org/wiki/Palpita_vitrealis
Selcan Səfərəliyeva, Aqil Qasımov, Xədicə Əliyeva
Dendrologiya Bağı PHŞ



