“DENDROLOGİYA BAĞI” ƏRAZİSİNDƏ İNTRODUKSİYA OLUNAN BİTKİ NÖVLƏRİNƏ ZƏRƏRLİ ORQANİZMLƏRİN TƏSİRİ
Bakı Ģəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləĢən ―Dendrologiya Bağı‖ ərazisində bitki müxtəlifliyinin qorunması və ərazidə yeni növlərin introduksiya edilmə prosessi daim davam etdirilir. 12 hektar ərazini əhatə edən ―Dendrologiya Bağında‖ müxtəlif növ bitkilər mövcuddur. Subtropik iqlimə malik olan bağ ərazisində yeni növlərin introduksiya edilməsi üçün hər bir Ģərait mövcuddur və yeniləri üçün də yaradılmaqdadır. Dendrologiya Bağı ərazisində ―Qırmızı Kitaba‖ daxil edilmiĢ müxtəlif nadir ağac və kollarla yanaĢı xarici ölkələrdən gətirilən bitki növləridə mövcuddur. Bağ ərazisində iynəyarpaqlı bitkilərdən küknar, eldar Ģamı, ardıc, tuya, sərv, enliyarpaqlı bitkilərdən isə palıdın müxtəlif növləri, fıstıq, sabunağacı, zeytunun müxtəlif növləri, həmçinin bir çox bəzək dekorativ ağac və kol bitkiləri vardır. Bundan baĢqa bağ ərazisində dərman, efir yağlı bitkilərin də olduğunu qeyd edə bilərik. Hazırda bağ ərazisində kənd təsərrüfatı əhəməiyyətli bitkilərin introduksiyası prosesi həyata keçirilməkdədir.
Qasımov A.Q., Səfərəliyeva S.Q., Əliyeva X.H.
Dendrologiya Bağı Publik Hüquqi şəxs



