BÖYÜK QAFQAZ ÇAYLARINA (LƏKİT ÇAY TİMSALINDA) ANTROPOGEN TƏSİRİN DƏRƏCƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Məqalədə mənbəyi Böyük Qafqaz sıra dağlarından başlayaraq mənsəbi Qapı çay hesab edilən uzunluğu 8 km olan Ləkit çayın antropogen təsir nəticəsində mineraloji tərkibinin dəyişmə dərəcəsi təhlil edilmişdir. Bulaq sularının birləşərək yaratdığı bu çay suyu insan sağlamlığı üçün zərərli deyil və içməlidir. Tədqiqat işi zamanı məlum olmuşdur ki, Qaxda meşələrin sahəsi antropogen amillər nəticəsində deqradasiyaya məruz qalmış, kasatlaşmış, bəzi növlər isə məhvolma təhlükəsi ilə üz-üzə qalmışdır. Qax rayonu ərazisinin rekreasiya zonası olması və artan əhali sayı çay suyunun mineraloji tərkibində müəyyən dəyişikliklərə səbəb olmuşdur.

Ədəbiyyat siyahısı

Doneen L.D. (1964). Water Quality for Agriculture. Department of Irrigation, University of California, Davis, səh. 48. Eaton F.M. (1950). Significance of Carbonates in Irrigation Waters. Soil Science, 69, səh. 123–134. İbrahimova A.Q. (2019). Azərbaycanın Qax rayonunun yabanı qida bitkiləri, Qafqazın cənub-şərqi: növ müxtəlifliyi və hündürlükdən asılı olaraq yayılması. Institute of Botanyplant & Fungal Research, ISSN 2617-8001, ISSN 2664-5297, səh. 12–18. Məmmədov T.S. (2019). Azərbaycan dendroflorası. II cild. Bakı: “Elm”, səh. 236. Məmmədov T.S. (2019). Azərbaycan dendroflorası. III cild. Bakı: “Elm”, səh. 135. Məmmədov T.S. (2019). Azərbaycan dendroflorası. IV cild. Bakı: “Elm”, səh. 225. Məmmədov T.S. (2019). Azərbaycan dendroflorası. V cild. Bakı: “Elm”, səh. 183. NKPI portalı: https://www.nkpi.az/?page=addread&id=262 Qax İcra Hakimiyyəti: http://qax-ih.gov.az/az/page/13.html

B.Ü.F.D. dosent Bağırova Samirə Behbud, Mütəxəssislər: Atayeva Leyla Əbülfəz, Əşrəfova Şəbnəm Feyruz, Cəlilova Lalə Əbülfəz, Atayeva Hicran Məmməd

“Dendrologiya Bağı” publik hüquqi şəxs