PINUS ELDARICA MEDW. NÖVÜNDƏ FOTOSİNTEZ DİNAMİKASINA İQLİM DƏYİŞKƏNLİYİNİN TƏSİRİ
Rеspublikаmızda ətrаf mühitin mühаfizəsi, biomüxtəlifliyin artırılması, ekoloji tarazlığın qorunması istiqаmətində gеniş işlər görülür və yаşıllаşdırmаdа həmişəyаşıl bitkilərə tələbаt аrtır. Antropogen təsirlərin güclənməsi ilə əlaqədar olaraq təbii fəlakətlərin artdığı və ekoloji tarazlığın pozulduğu еkstrеmаl şərаitdə bitki gеnеfоndunun qоrunub sахlаnılmаsı və artırılması əsas problemlərdən biridir. Yaşıllaşdırmaya tətbiq olunan növlər mühit amillərinə eyni dərəcədə uyğunlaşa bilmirlər. Abşeron yarımadasının quru subtropik iqlim şəraitində yaşıllıq sahələrinin salınmasında ən çox istifadə edilən oduncaqlı bitkilər çılpaqtoxumlulardır və onlar ekoloji şəraitə uyğunlaşmış, normal boy və inkişafını təmin edə bilmişlər. Təkamülcə qədim hesab edilən Pinus L. cinsinə aid növlər Abşeron yarımadasının, o cümlədən, Bakı şəhərinin quru-subtropik iqlim şəraitində ən çox introduksiya edilən ağac bitkiləri sırasındadır. Pinaceae Lindl. fəsiləsi müxtəlif ekoloji şəraitə qədim zamanlardan uyğunlaşmış, boy və inkişafını təmin edə bilmişdir.
Bağırova S.B., Əşrəfova Ş.F.
“Dendrologiya Bağı” Publik Hüquqi Şəxs



