LİNUM USİTATİSSİMUM L. NÖVÜNÜN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ SƏMƏRƏLİLİYİ
Aqrar sektorda yeni innovativ fikirlərin formalaşması günümüzün aktual problemləri siyahısındadır. Kənd təsərrüfatının inkişafı və ekoloji balansın saxlanılması istiqamətində istər dövlət siyasətində, istərsə də qlobal miqyasda davamlı addımlar atılır. Bu inkişaf insan resusunun tələbatını tam ödəməli, həmçinin də ekoloji balansın saxlanılmasında rol oynamalıdır. Tələbatın ödənilməsi iqtisadi baxımdan günümüzün intensiv inkişafını üstələməli, maliyə baxımdan az məsrəfli olmalıdır. Sürətlə artan dünya əhalisi, kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən elementlərin, xüsusən də su ehtiyatlarının məhdudluğu kənd təsərrüfatında yeni axtarışlarla birlikdə gətirir. Az məsrəfli, yüksək məhsul verən, dekorativ, eyni zamanda qida və sənaye əhəmiyyətli növlərin becərilməsi qarşıda qoyulmuş əsas məqsədlərdəndir. Təsqiqat obyekti olaraq seçilmiş Linaceae S.F.Gray. fəsiləsi Linum L. cinsinə aid növün Abşeron Dendrologiya Bağı ərazisində introduksiya prespektivliyi öyrənilmişdir. Növ qiymətli texniki və sənaye əhəmiyyətli bitkidir. Linum usitatissimum L. Abşeron Dendroloji bağında yetişdirilmiş və yüksək məhsuldarlıq qeydə alınmış, vegetativ və generativ inkişaf mərhələlərini tam başa vurmuşdur. Yalnız yağı və lifi üçün istehsal edilən və istehlak edilən bu bitki bu gün bir çox sektorlar tərəfindən intensiv şəkildə istifadə olunur. Bitkinin bəzi fiziki və fizioloji xüsusiyyətləri müəyyən edilmişdir. Əldə edilmiş nəticələr əsas statistik parametrlərə görə qiymətləndirilmişdir.
Bağırova Samirə Behbud qızı, Atayeva Hicran Məmməd qızı, ƏĢrəfova ġəbnəm Feruz qızı, Atayeva Leyla Əbülfəz qızı
Linum usitatissimum L., kətan yağı, bioekoloji xüsusiyyətlər, fiziki və fizioloji xüsusiyyətlər, kətan, toxum



