ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ “BAĞ MƏLHƏMİ” PREPARATININ İSTİFADƏSİ
Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əha- linin ərzaq məhsulları ilə təminatı dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan so- sial-iqtisadi problemlərdən biridir. Ərzaq təhlükəsizliyi nəinki dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. AR ETN Təcrübə-Sənaye Zavodu MMC tərəfindən istehsal olunmuş “Bağ məlhəmi” preparatının “Dendrologiya Bağı” publik hüqu- qi şəxsin ərazisində tətbiqi perspektivliyinin laborator və stasionar şəkildə araşdırılması tədqiqatın əsas məqsədi olmuşdur. “Əsas Qrant Müsabiqəsi – 2022” (AEF-MCG-2022-1(42)-12/08/3-M-08 El- min İnkişafı Fondunun layihə nömrəsi) qrantını qazanmış “Bağ məlhəmi” preparatının istehsalı və tətbiqi ilə mövcud meyvə bağlarının, yaşıllıq sahələrinin sağlam, uzunömürlü, məhsuldar olması- na və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına yardım etmək olar. Məhsul AR Kənd Tə- sərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tə- rəfindən 1 hektar ərazidə sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub.
Samirə Bağırova, Səxavət Rüstəmov, Leyla Atayeva, Şəbnəm Əşrəfova
Dendrologiya Bağı” publik hüquqi şəxs,



