GOSSYPİUM HİRSUTUM L. NÖVÜNÜN ÜZVÜ GÜBRƏLƏRLƏ BECƏRİLMƏSİ VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ

Pambıq (Gossypium L.) dünya iqtisadiyyatında mühüm əhəmiyyətə malik olan əsas texniki bitkilərdən biridir. Qlobal lif istehsalında pambığın xüsusi çəkisi 80 %-ə qədər təĢkil edir ki, bu da onu həm kənd təsərrüfatı, həm də sənaye sahələri üçün strateji xammal mənbəyinə çevirir. Pambıq lifindən geniĢ Ģəkildə tekstil, yüngül sənaye, kağız istehsalı və digər sahələrdə istifadə olunur. Əməköməcilər (Malvaceae Juss.) fəsiləsinə daxil olan Gossypium L. cinsinin mənĢəyi təqribən 5–10 milyon il əvvələ aid edilir. Gossypium cinsinə təxminən 50-dən çox növ daxildir, lakin onların yalnız 4-ü (G. hirsutum L., G. barbadense L., və.s) mədəni halda becərilir və iqtisadi əhəmiyyət daĢıyır. Bu növlər arasında Gossypium hirsutum L. xüsusi yer tutur. Gossypium hirsutum L. dünyada ən geniĢ becərilən pambıq növü olub, qlobal pambıq istehsalının təqribən 90 %-ni təĢkil edir. Rütubətli, isti vegetasiya mövsümünə malik iqlimdə yüksək məhsuldarlıq əldə etmək mümkündür. Hündürlüyü 1-2 m, iqlim və aqrotexniki qulluqdan asılı olaraq daha çox ola bilir. Ġllik gündüz temperaturu 22-36 °C aralığında olan ərazilərdə yaxĢı böyüyür, lakin 15-42 °C-ə temperatur diapazonuna dözə bilər. Bitki inkiĢafı üçün ən uyğun temperatur gündüz 28-30 °C, gecə isə 20-22 °C-dir. Torpaqda pH 6-7,5 diapazonda tələb olunur, lakin 5-9,5 -yə dözə bilir. Yarpaqları enli və yarpaq ayası üç-beĢ dilimlidir. Pambıqda məhsuldarlıq, istifadə olunan sortun genetik quruluĢundan, istehsalçı tərəfindən tətbiq olunan becərmə və aqrotexniki qulluqdan, becərilən ərazinin ekoloji Ģəratindən asılıdır

Ədəbiyyat siyahısı

1. Atayeva L., Safarov M., Agayeva C., Nasirli L., Ahmadova S. (2024). Acclimatization and study of Gosspium hirsutum L. varieties in the Absheron peninsula, Ensuring sustainable agricultural production through mitigation and adaptation of global climate change- congress proceedings book. page 16-25. “Kənd təsərrüfatının inkişafında aqrar sahədə innovasiyaların və texnologiyaların rolu” 16-17 oktyabr 2025 59
2. Atayeva L., Səfərov M., Ağayeva C., Nəsirli L., Əhmədova S. (2024). Torpaq münbitliyinin artırılmasında ―YaĢıl gübrə‖lərin tətbiqi, Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiĢ Ümumdünya bitki sağlamlığı günü: Dayanıqlı kənd təsərrüfatında bitki amili Respublika elmi-praktiki konfransı- ADAU-Gəncə, səh 149-151.
3. Atayeva L., Səfərov M., Ağayeva C., Nəsirli L., Əhmədova S. (2024). YaĢıl Dünya Naminə strukturu pozulmuĢ torpaqların bərpası, SOCAR, BANM ―Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuĢ Tələbə və gənc tədqiqatĢıların V beynəlxalq elmi konfransı- Bakı, Azərbayca, səh 197-201.
4. Bagirova S., Atayeva L., Safarov M., Agayeva C., Nasirli L., Ahmadova S. (2024). Çevre Korumada Biokarlı Gübre Uygulaması ve Perspektifli Türler, Ġklim DeğiĢikliği, Sürdürülebilirlik Ve Uluslararası ĠĢ Birlikleri Kongresi Tam Metin Bildiriler Kitabı- Düzce Türkiye, səh 103-110.
5. Bağırova S., Atayeva L., Səfərov M., Ağayeva C., Nəsirli L., Əhmədova S. (2024). AbĢeron yarımadasında Gossypium hirsutum L. sortlarında zərərvericilərin tədqiqi, Qlobal iqlim dəyiĢkənliyi Ģəraitində bitkilərin zərər verən orqanizmləri və onların idarə edilməsi-Respublika elmi-praktik konfrans materialları-Gəncə BMTB ETĠ, səh 329-332.
6. Haliloğlu, H. Yilmaz, A., BeyyavaĢ, V. (2006). Pamukta (Gossypium hirsutum L.) farklı dönemlerde yaprak gübresi uygulamalarının bitkisel lif ve lif teknolojik özelliklerine etkisi, Tarım bilimleri dergisi-2006, 12 (1) səh 1-7.
7. https://az.all.biz/insekticidy-poligor-g2107 8. https://gubre.az/mehsullar/mostar-insektisid

Samirə Behbud qızı Bağırova, Leyla Əbülfəz qızı Cavadova, Lalə Mikayıl qızı Nəsirli, Cəmalə Mustafa qızı Ağayeva, Mirhüseyin Səbri oğlu Səfərov

Dendrologiya Bağı‖ publik hüquqi şəxs