QAX RAYONU ÇAY SULARININ MİNEROLOJİ TƏRKİBİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Tədqiqat işində uzunluğu 8 km olan Ləkit çayın antropogen təsir nəticəsində mineraloji tərkibinin dəyişmə dərəcəsi təhlil edilmişdir. Qax rayonu Azərbaycanın tarixi bölgəsi olmaqla, Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Qaxda meşlərin sahəsi ümumi rayon ərazisinin təqribən 30 %-ni təşkil edir. Rayonun ərazisi 1494 km2 olub, dağlıq ərazisində alp və subalp çəmənləri və enliyarpaqlı meşələr (Fagus orientalis Lipsky., Carpinus caucasica A.Grossh., Quercus iberica Steven., Quercus macranthera Fisch., Tilia caucasica Rupr., Betula litwionowii Doluch., Fraxinus excelsior L. və s. ) geniş sahə tutur. Qanıx-Həftəran vadisində çəmən bitkiləri, Acınohur ön dağlıq sahəsində isə çöl və yarımçöl bitkiləri yayılmışdır. Rayon kurort resursları cəhətdən zəngindir. Rayonunun İlisu kəndi ərazisində Səngərbulaq, Beşbulaq, Hamambulaq, Qaşqaçay kəndində Gövrüc bulaqları, Ləkit-Kötüklü kəndində Qotur bulaq və s. vardır. Rayon ərazisində 8 iri çay axır. Gürcüstan Respublikası ilə həmsərhəddən axan Qanıx çayı mənbəyini Türkiyədən alır və rayon ərazisindən 61 km məsafədən keçməklə, Mingeçevir su anbarına tökülür. Qalan çaylar mənbələrini Böyük Qafqaz sıra dağlarından alırlar. Əyriçay, Kürmük, Qaşqaçay, və s. rayonun Gürcüstanla sərhəddi boyu axan Qanıx hövzəsinə aiddir, suvarmada istifadə olunur.
Samirə Bağırova, Leyla Atayeva, Camalə Ağayeva, Lalə Nəsirli, Arzu Axundova




