QAX MEŞƏLƏRİNİN BİOMÜXTƏLİFLİYİNİN QORUNMASI VƏ ƏTRAF MÜHİTİN DAYANIQLILIĞI
Ekoloji şəraitdən və antropogen təsirdən asılı olaraq meşələr müxtəlif dəyişik- liyə uğrayır. Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən Qax inzibati rayonunda aparılan tədqiqatlarda meşə tərkibindəki dəyişikliklər, sıxlıq, bonitet, yaş sinifləri və növlərin areallarında baş verən dəyişikliklər araşdırılmışdır. Məlum olmuşdur ki, meşə tərkibi edafik və abiotik amillərin təsirindən dəyişir, iqlim dəyişikliyi ilə əlaqədar bir sıra növlərin arealları daralmış, bəziləri isə tamamilə dəyişmişdir. Araşdırmalar nəticəsində Qax rayonu meşələrinin əsas növləri kimi Fagus orientalis Lipsky, Carpinus caucasica A.Grossh., Quercus iberica Steven, Quercus macranthera Fisch., Fraxinus excelsior L., Tilia caucasica Rupr. və Betula litwinowii Doluch müəyyən edilmişdir. Qax meşəsinin əsasən 80%-i Quercus L., 20%-i Carpinus L. və Fagus L. ağaclarından ibarət olduğu müəyyən edilmişdir. Müasir bitki örtüyü vəziyyəti araşdırılaraq məlum olmuşdur ki, antropogen təsirlər nəticəsində bəzi növlər tükənmə və ya məhv olma təhlükəsi ilə qarşı-qarşıyadır.
Ədəbiyyat siyahısı
1. Baghirova S., 2019. Application of dendrochronological methods to some species in forest management of Azerbaijan. Peer-reviewed scientific journal "Trends in the development of science and education". June No. 51, Part 5 Publ. SRC "L-Journal" SPLN 001-000001-0478-L J pp. 25-30.
2. Bagirova S., Ataeva H., Rasulova A. & Mirjalalli I., (2020). The study of the radial growth of the flora species which do not have special protection on the southern hillsides of Greater Caucasus. Direct Research Journal of Agriculture and Food Science Vol.8 (1), January ISSN 2354-4147 DOI: https://doi.org/10.26765/DRJAFS1907278376 Copyright © p. 21-27
3. Brookhouse, C. & Brack., (2008). The effect of age and sample position on eucalypt tree-ring width series' - Canadian Journal of Forest Research. Vol. 38, p.44-58.
4. Bağırova S., Atayeva L., Səfərov M., Ağayeva C., Əhmədova S. & Nəsirli L., (2024). Böyük Qafqazın qərb hissəsinin təbii və mədəni dendroflorasının təhlili. VIII International scientific conference of young researchers. p.167-173.
5. Bağırova S., Atayeva L. & Əşrəfova Ş. (2024). Böyük Qafqaz sularının ekoloji vəziyyətinin qiymətləndirilməsi. Bioloji müxtəlifliyin mühafizəsi: botanika, ekologiya və yaşıl şəhərlər-forum. p.21.
6. Bağırova S. & Atayeva L. (2024). Böyük Qafqazın cənub yamaclarında geniş yayılmış Carpinus orientalis Mill. növünün dendroiqlim tədqiqi. Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) beynəlxalq elmi-praktiki konfrans. p.50.
7. Cook E. & Kairiutstis L., (1990). Methods of Dendrochronology - Dondrecht/ Boston London: Kluwer Academic Publishers, p.163-217.
8. Doneen L., (1964). Water Quality for Agriculture. Department of Irrigation, University of California, Davis. p.48.
9. Eaton F., (1950). Significance of Carbonates in Irrigation Waters. Soil Science, 69. p.123-134.
10. Əsgərov A., (2005). Azərbaycanın ali bitkiləri. Azərbaycan florasının konspekti I, p.247.
11. İbrahimova A., (2019). Azərbaycanın Qax rayonunun yabanı Qida Bitkiləri, Qafqazın cənub şərqi: Növ müxtəlifliyi və hündürlükdən asılı olaraq yayılması. Institute Of Botany Plant & Fungal Research.: ISSN 2617-8001, ISSN 2664-5297. p.12-18.
12. Qurbanov E., (2019). Ali bitkilərin sistematikası. Bakı. p.191.
13. Metsaranta J. & Lieffers V., (2009). Using dendrochronology to obtain annual data for modeling stand development - A supplement to permanent sample plots. No 82. p.163–173.
14. Məmmədov T., (2019). Azərbaycan dendroflorası II cild. Bakı “Elm”, p.236.
15. Məmmədov T., (2019). Azərbaycan dendroflorası III cild. Bakı “Elm”, p.135.
16. Məmmədov T., (2019). Azərbaycan dendroflorası IV cild. Bakı “Elm”, p.225.
17. Məmmədov T., (2019). Azərbaycan dendroflorası V cild. Bakı “Elm”, p.183.
18. Məmmədov T., Talıbov T. & İsgəndər E. (2015). Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri, p.378.
19. Mustafabəyli H., Lətifov E., & Rəhimov Y., (2020). Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri, p.73-100.
20. Rinn F., (1996). TSAP. Version 3.0 Reference manual computer program for time series analysis and presentation copyright Frank Rin Distrubution - Heidelberg, Germany, p.246.
21. Schweingruber F., (1996). Tree Rings and environment Dendrochronology - D.Reidel Bern, Stutgard, Wenna, Paul Haupt, p.609.
22. http://qax-ih.gov.az/az/page/13.html
23. https://www.nkpi.az/?page=addread&id=262
Samirə Bağırova b.e.f.d., dosent, Leyla Atayeva, Camalə Ağayeva, Lalə Nəsirli, Arzu Axundova
“Dendrologiya Bağı” Publik Hüquqi Şəxs



