“Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşları konqresdə iştirak ediblər
28-29 fevral 2024-cü il tarixində “Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşları Türkiyənin Ankara şəhərində təşkil edilmiş "3-cü Uluslararası Çankaya Bilimsəl Çalışmaları” online konqresində (Beynəlxalq Çankaya Elmi Araşdırmalar konfransı) iştirak etmişdir. Konfransın təşkil edilməsinin əsas məqsədi bütün elm sahələrində çalışan yerli və xarici elm adamlarını bir yerdə birləşdirmək, yeni tədqiqatlar haqqında məlumat vermək, tədqiqatçılara araşdırmalarının nəticələrini təqdim etmək imkanı yaratmaq və bu yolla elmin inkişafına töhfə vermək olmuşdur.
“Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının aparıcı mütəxəssis Aybəniz Hacıyeva, mütəxəssis-laborant Günay Əlihəsənova, aparıcı mütəxəssis Şənay Albalıyeva "Bəzi dərman əhəmiyyətli bitkilərin Dendrologiya bağı ərazisinə indroduksiyası və onlardan efir yağının alınması" adlı məqaləsi ilə konqresdə iştirak ediblər. Konqresin fevralın 28-də keçirilən 3-cü sessiyasının (2-ci salon) moderatoru Aybəniz Hacıyeva təyin olunmuş, həmçinin məqaləsinin təqdimatı ilə çıxış etmişdir. O, qeyd edib ki, tədqiqatın əsas məqsədi növlərin “Dendrologiya bağı” ərazisinə indroduksiya edilməsi, biomorfoloji, fizioloji, vegetativ, generativ çoxalma xüsusiyyətlərinin, bağ ərazisində inkişaf perspektivliyinin araşdırılması və fitokimyəvi tərkibinin tədqiqidir. Məqalədə əsas tədqiqat obyekti olmuş Melissa officinalis L., Lavandula angustifolia Mill. və Citrus x limon ( L.) OSBECK növlərindən alınan efir yağı KRİSTAL- 2000M qaz-xromatoqrafiya aparatında analiz edilmiş, efir yağının kimyəvi komponent tərkibi nəticələri müxtəlif parametrləri cədvəl və qrafiklərlə əks edilmişdir.
Beynəlxalq konfrans məruzələrlə davam etdirilib və sonda iştirakçılara sertifikatlar təqdim olunub.