“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları YAP Mərkəzi Aparatında keçirilən qanvermə aksiyasında iştirak edib
Martın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.
Aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.
Mərkəzi Qan Bankının nümayəndəsi Namirə Abbasova Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünün humanist addım kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, mütəmadi olaraq təşkil edilən belə aksiyaların məqsədi talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin əməkdaşları da qanvermə aksiyasında iştirak edib.