“Dendrologiya Bağı” publik hüquqi şəxsin mütəxəssisləri beynəlxalq elmi konfransda iştirak ediblər

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib. Konfransda SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün Hüseynova və digər rəsmilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov gənc alimlərin yetişdirilməsi, onlara dəstək göstərilməsinin Bakı Ali Neft Məktəbinin önəmli missiyalarından olduğunu və konfransların Azərbaycanda gənclərin elmi-tədqiqat işlərinə yönəlməsi üçün böyük töhfə verdiyini vurğulayıb.

Konfransda Dendrologiya Bağı publik hüquqi şəxsin “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının mütəxəssisləri poster təqdimatı ilə çıxış etmişdir. b.ü.f.d dosent Samirə Bağırova, Atayeva Leyla, Səfərov Mirhüseyin, Nəsirli Lalə, Ağayeva Cəmalə, Əhmədova Səriyyənin müəllifi olduğu “Yaşıl dünya naminə strukturu pozulmuş torpaqların bərpası” adlı tezis konfransın təşkilatçı heyəti tərəfindən qəbul edilmiş, konfrans toplusunda dərci nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir. Konfranslar may ayının 1-də yekunlaşacaq.

 

Şərhini yaz