“Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisində Citrus L. cinsi növləri introduksiya edilir
“Dendrologiya Bağı”nın torpaq və iqlim xüsusiyyətləri tropik, subtropik bitki növlərinin introduksiyası üçün şərait yaradır. “Dendrologiya Bağı” publik hüquqi şəxsin “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının əməkdaşları efir yağı ilə zəngin qida və sənaye əhəmiyyətli sitrus növlərinin tədqiqi və Abşeron yarımadasında yeni sortların iqlimləşdirilməsi üzrə tədqiqat işini həyata keçirir.
İşin icrası məqsədi ilə 26 aprel 2024-cü il tarixində mütəxəssislər Şənay Albalıyeva, Aydan Ağamalıyeva AMEA Lənkəran Regional Elmi Mərkəzinə ezam olunmuş, sitrus növlərin yetişdirilmə şəraiti və aqrotexniki qulluq işləri ilə tanış olmuşlar.
Lənkəran ərazisindən Citrus reticulata Blanco. (naringi karlik tezyetişən), Citrus × pyriformis (limon panderosa), Citrus limon (L.) Osbeck. (yerli limon), Citrus × meyeri Yu.Tanaka. (meyer limon) limon və naringi sortlarının tingləri Dendrologiya Bağı ərazisində introduksiyası, bioekoloji xüsusiyyətlərinin araşdırılması, efir yağının alınması və tərkibinin təhlil edilməsi məqsədi ilə Lənkəran Regional Elmi Mərkəzdən tədarük edilmişdir. Tədqiqat işləri davam etdirilir.