“Dendrologiya Bağı”nda zərərvericilərə qarşı profilaktik mübarizə tədbirləri həyata keçirilir

Yaz mövsümündə “Dendrologiya Bağı”nda təhlükəli zərərli orqanizmlərin erkən aşkarlanması və bağ ərazisində yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər yerinə yetirilir.

“Dendrologiya Bağı” publik hüquqi şəxsin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsi və “Texniki heyətlə işin təşkili” sektoru Ligustrum L., Pittosporum Banks ex Sol., Nerium L., Rosa L., Morus L., Olea L. cinsinə aid növlərdə aşkar edilmiş zərərvericilərə qarşı müvafiq dərmanlardan istifadə edərək mübarizə tədbirləri həyata keçirmişdir.

Şərhini yaz