Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib
Mayın 2-də Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbirdə "Dendrologiya bağı" Publik Hüquqi Şəxsin əməkdaşları da iştirak ediblər.
Öncə mərkəzin dərnək üzvlərinin yararlı tullantı materiallarından hazırladıqları geyimlər, rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qonaqlar Ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri və əl işləri ilə tanış olublar. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilüfər Rəhimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili şöbəsinin sektor müdiri Günay Qurbanova, İdarənin YAP ərazi təşkilatının sədri Sevinc Rəsulova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun aparıcı məsləhətçisi Xanım Həsənova, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin məsləhətçisi Çinarə Əmrahzadə də iştirak edib.
Daha sonra balacaların hazırladığı “Leyli və balaca adamın sirri” adlı tamaşa nümayiş etdirilib. “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Pubik Hüquqi Şəxsin, Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Uşaq yazıçısı, ssenarist, ADA Universitetinin tələbə xidmətləri üzrə şöbə rəhbəri Günel Əsgərovanın birgə təşkilatçılığı hazırlanan tamaşa maraqla qarşılanıb.
Tamaşada Mərkəzin “Aktyor sənəti” dərnəyinin istedadlı aktyorları, ”Təbəssüm” rəqs qrupunun kollektivi maraqlı proqramlarla çıxış ediblər.