“Dendrologiya Bağı” publik hüquqi şəxs dünyanın müxtəlif Botanika Bağları və İnstitutları ilə əməkdaşlıq edir
Respublikamızda “Yaşıl dünya naminə” bitki ehtiyatlarının zənginləşdirilməsi, genefondun saxlanması və mühafizəsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Flora zənginliyini artırmaq və gənc mütəxəssislərin tədqiqat işlərinin yerinə yetirilməsi məqsədi ilə “Dendrologiya Bağı” publik hüquqi şəxsin “Ekologiya və İqlimləşdirmə” laboratoriyası dünyanın müxtəlif Botanika Bağları və İnstitutları ilə toxum mübadiləsi həyata keçirir. İslandiya, Slovakiya və Norveç nəbatat bağlarından ümumilikdə 61 növ, 50 cins, 32 fəsiləyə aid olan toxum nümunələri əldə edilib.
Cornus suecica L., Rhodiola rosea L., Drosera anglica Huds., Andromeda polifolia L., Arctostaphylos uva-ursi Spreng., Arctous alpina Nied., Phyllodoce caerulea Bab., Thalictrum flavum L., Trollius europaeus L., Frangula alnus Mill., Geum rivale Bourg.ex Nyman., Saxifraga cotyledon L., Digitalis purpurea L., Chiliotrichum rosmarinifolium Less., Leucanthemum vulgare Lam., Euonymus sachalinensis Maxim., Tripterygium wilfordii Hook.f., Enkianthus cernuus Makino f., Rhododendron albrechtii Maxim., Rhododendron quinquefolium Bisset., Vaccinium koreanum Nakai., Hamamelis japonica Siebold., Crocus vernus Hill., Pterocarya rhoifolia Siebold., Sorbus bissetii McAll., Acer shirasawanum Koidz., Srewartia pseidocamellia Maxim., Trochodendron aralioides Siebold. növlərinin toxumları Norveçin Bergen Universitetinin Botanika Bağından mübadilə yolu ilə əldə edilmiş, “Dendrologiya Bağı”nın tədqiqat sahələrində və istixanalarında introduksiya olunmuşdur.