“Dendrologiya bağı” PHŞ-nin əməkdaşları ekoloji tarazlığın qorunması istiqamətində tədqiqat işlərini davam etdirir
“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları ekoloji tarazlığın qorunması istiqamətində tədqiqat işlərini davam etdirir.
“Dendroxronologiya” laboratoriyasının əməkdaşları Xəzər rayonu ərazisində Pinus eldarica Medw. (Eldar şamı) növü üzərində dendroxronoloji tədqiqatlar aparıb.
Məhv olma təhlükəsi müşahidə edilmiş bitki fərdlərinin siyahıya alınması işi həyata keçirilib. Müşahidələrin nəticəsində növlər haqqında əvvəlcədən məlumat əldə edilib.
Həmçinin şəhərin estetik gözəlliyinə xələl gətirə biləcək növlər aşkarlanıb.
Tədqiqat işləri davam etdirilir.
Şərhini yaz